YAP rəsmisindən “Müsavat”a ittiham

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovhazırkı Müsavat Partiyasının özünü Xalq Cümhuriyyəti dövründəki Müsavat Partiyasının varisi adlandırmasını düzgün hesab etməyib, cəmiyyətin çaşdırılması adlandırıb.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) bu gün keçirilən növbəti plenar iclasında çıxış edən S. Novruzov bildirib ki, Azərbaycan Prezidenti AXC-nin 100 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərin keçirilməsi üçün sərəncam verib və bu, ümummilli məsələdir.

S. Novruzov qeyd edib ki, hansısa partiya özünü varis elan etməklə tərəflilik yaradır, ümummilli prinsiplərə zidd gedir:

“Bəzi partiyalar ümummilli işimizə maneə törətməyə çalışır, tarixdə baş verənləri öz adına çıxarmaq istəyir. AXC Azərbaycan xalqına, onun tarixinə aiddir. Bugünkü Müsavatla AXC dövründəki Müsavat tamamilə fərqlidir. Ümumi işə xələl gətirmək olmaz”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputatdan Avroparlamentə sərt təpki

Read Next

Qənirə Paşayevadan təklif…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir