Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Deputat, YAP icra katibinin müavini Siyavuş Novruzov siyasi partiyalara dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin azlığından şikayətlənib və onun artırılmasını təklif edib.
Etikxeber.az xəbər verir ki, S. Novruzov parlamentin plenar iclasında çıxışı zamanı qeyd edib ki, gələn il bələdiyyə seçkilərinin keçirilməsinə 56 milyon manat pul ayrılıb:
“Bu fonda siyasi partiyalara ayrılan büdcənin artırılması məqsədəuyğun olardı.Bu, birbaşa hesabatlılıq olardı. Eyni zamanda,ələbaxımlılıq olmazdı. Partiyalar öz plan və proqramını həyata keçirərdilər”.
Qeyd edək ki, gələn il büdcəsindən siyasi partiyalara 3 milyon manat vəsait artırılması nəzərdə tutulub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az