Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yanvarın 30-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
Etikxeber.az-ın YAP-a istinadən xəbərinə görə, iclasda İdarə Heyətinin 2018-ci ilə dair illik hesabatı, partiyanın tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2018-ci ilə dair illik statistik hesabat, 2018-ci il üzrə maliyyə hesabatı və 2019-cu ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.
Hesabatda qeyd edilib ki, YAP-ın sıralarının genişlənməsi ötən il ərzində də davam edib, bu dövr ərzində 24 min nəfərdən çox yeni üzv qəbul olunub və beləliklə, partiya üzvlərinin sayı 732 min nəfəri keçib.
Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
Həmçinin, qeyd olunub ki, 2018-ci ildə YAP-ın gəlirləri 9 413 001 manat olub.
Etikxeber.az