“Yaqland, ona dəstək verən digərləri çıxılmaz və rüsvayçı durumda qalmalı olacaqlar…” – ELDƏNİZ SƏLİMOV

“Avropa Şurası bu qurumun baş katibi Turbeyrn Yaqlandın timsalında yenidən Azərbaycana aşkar təzyiqlər etməklə, əslində nə qədər qərəzkar və böhtançı qurum olduğunu nümayiş etdirir”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında deputat Eldənz Səlimov AŞ PA-nın baş katibinin Azərbaycanın adıçəkilən qurumdan xaric edilməsi ilə bağlı irəli sürdüyü fikirlərə münasibətini açıqlayarkən bildirib.

Millət vəkilinin sözlərinə görə, əslində bənzər təzyiqlər Azərbaycanda yürüdülən müstəqil siyasət və inkişafa, xüsusilə Prezident İlham Əliyevin bu istiqamətdə tutduğu qətiyyəti ilə bağlıdır:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin milli və dövlət maraqlarına uyğun siyasət aparır və heç bir xarici müdaxilələrin ayaq açmasına yol vermir. Ona görə də ölkə başçımızın xalqının milli maraqlarına söykənən müstəqil, ədalətli daxili və xarici siyasəti Yaqlandın və bəzi avroparlamentarilərin qıcıqlanmalarına səbəb olur”.

Deputat hesab edir ki, Azərbaycanın bu qurumda 16 illik fəaliyyətinə, demokratiya və insan haqları ilə bağlı bütün təşəbbüslərdə, verilən qərarlarda fəal iştirakına baxmayaraq hər zaman əks-hallarla qarşılaşıb.

Belə ki, böhtan və qərəzçiliklə yanaşı, təhdid kimi vasitələrlə ölkəmizə qarşı çıxış edən və erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən bir sıra AŞ nümayəndələri nədənsə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini heç vaxt dəstəkləməyiblər:

“Əksinə, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı siyasət müəyyən dövlətlər, dairələr tərəfindən qəbul olunmur. Üstəlik, Azərbaycan prezidentini bu mövqeyindən döndərmək üçün müəyyən xoşagəlməz hallar tapmağa çalışır və bunları siyasiləşdirməklə Azərbaycana təzyiq etmək istəyirlər”.

Millət vəkili  bununla yanaşı bildirib ki, sözügedən təzyiqlərin arxasında ölkəmizin artan iqtisadi, siyasi və hərbi gücü, müstəqilliyi faktorları dayanır:

“Onlar isə bu reallığı həzm edə bilmirlər. Azərbaycanın müstəqil siyasəti, Azərbaycan prezidentinin milli, dövlət maraqlarına söykənən daxili və xarici siyasəti, Azərbaycanın artan iqtisadi, siyasi və hərbi qüdrəti bizi sevməyən qüvvələri narahat edir və Azərbaycana qarşı təzyiq forması kimi müxtəlif bəhanələr tapmağa, ölkəmizə qarşı qərarlar qəbul etməyə çalışırlar. Lakin Yaqland və onun kimiləri heç vaxt çirkin məqsədlərinə nail ola bilməyəcəklər”.

Millət vəkili sonda onu da bildirib ki, əslində Azərbaycan belə davam edəcəyi təqdirdə,  AŞ PA sıralarında qalıb-qalmaması barədə düşünə bilər:

“Bax, onda Yaqland, ermənipərəst deputatlar və ona dəstək verən digərləri çıxılmaz və rüsvayçı durumda qalmalı olacaqlar”.

Etikxeber.az

Read Previous

Gəncə polisi “İmamzadə” kompleksində yaranan insidentlə bağlı məlumat yaydı

Read Next

Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 337 nəfərə çatdı – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir