Yaqub Eyyubov Azərbaycan hökuməti adından başsağlığı verdi…

Xəbər verildiyi kimi yanvarın 16-da Qırğızıstanın Çu vilayətində təyyarə qəzası baş verib.

Honkonq-Bişkek-İstanbul aviareysi ilə uçan, Türkiyəyə məxsus “Boinq-747” yük təyyarəsi yerə çırpılıb.

Təyyarə qəzası və nəticədə vətəndaşların həlak olması ilə əlaqədar, Qırğızıstanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb.

Etikxeber.az xəbər verir ki, başsağlığı kitabı yanvarın 17-də saat 10.00-dan 17.00-dək və yanvarın 18-də saat 10.00-dan 14.00-dək açıq olacaq.

Qırğızıstanda matəm elan edilməsi ilə əlaqədar səfirlikdə bu ölkənin bayrağı endirilib.

Azərbaycan baş Nazirinin birinci müavini Yaqub Eyyubov Azərbaycan hökuməti adından başsağlığı verib.

Qırğızıstanın Azərbaycandakı səfiri Aycikit Buranov jurnalistlərə bildirib ki, Qırğızıstan Prezidenti Almazbek Atambayev yanvarın 17-də matəm günü elan edilməsi barədə fərman imzalayıb.

İlkin məlumata görə, qəzaya səbəbin mürəkkəb hava şəraiti olması ehtimal edilir. Təyyarə Daça-Suu bağlar qəsəbəsində evlərin üzərinə düşüb. Laynerin aeroporta çatmasına cəmi iki kilometr qalırmış. Qəza nəticəsində azı 37 nəfər həlak olub.

A.Buranov qırğız xalqının kədərinə şərik olduğunu nümayiş etdirən Azərbaycan rəhbərliyinə və ölkəmizin xalqına təşəkkürünü bildirib.

O, deyib: “Azərbaycan xalqı həmişə Qırğızıstan xalqının yanında olub”.

Etikxeber.az

Read Previous

“Yaxın vaxtlarda icbari tibbi sığortanın tətbiqinə başlanacaq” – Baş nazirin müavini

Read Next

Novruz Məmmədov Məmmədyarovu, Rəhimovu və Qarayevi “hədəf” aldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir