“Yaradıcı şəxslər”lə bağlı qanunun “bəxti” açıla bilər…

Uzun illərdən bəri ətrafında qızğın müzakirələr gedən, hətta, bir neçə il öncə Milli Məclisin (MM) plenar iclasının birinci oxunuşunun müzakirəsinə çıxarılan, amma hələ də qəbulu müəyyən səbəblərdən ləngidilən qanun layihəsinin “bəxti” açıla bilər. Söhbət Milli Məclisin (MM) Mədəniyyət komitəsi tərəfindən hazırlanan “Yaradıcılıq ittifaqları (təşkilatları) və yaradıcı şəxslər haqqında” qanundan gedir.

Bu haqda Etikxeber.az açıqlamasında məlumat verən sözügedən komitənin sədri, akademik Rafael Hüseynov belə bir sənədin qəbuluna ciddi ehtiyac olduğunu söyləyib. Bu səbəbdən də komitə sədri hesab edir ki, nə zamansa bu qanuna yenidən qayıdıla bilər və qayıdılacaq.

“Çünki bu sənəd hələ də bizim gündəmimizdədir, onu gündəmdən çıxarmamışıq. Belə bir qanunun qəbulunu vacib sayırıq və çox da uzaq olmayan bir zamanda bu sənədə yenidən qayıdacağıq”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

Pensiyalarla bağlı qanunvericilik dəyişdirilir

Read Next

Zəlzələ baş verdi- Xəzərdə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir