“Yarımmüstəqil türk xalqları da bu prosesdə iştirak etməlidir…” – NİZAMİ CƏFƏROV

Türkmənistan Türk Şurasının VII Zirvə Görüşündə Baş nazirin müavini səviyyəsində təmsil olunsa da, təşkilata hələ rəsmi üzv deyil. Fikrimcə, zaman keçdikcə Türkmənistan da Türk Şurasına qoşulacaq. Çünki burada onların mənafeyinə toxunan nəinki heç bir məsələ yoxdur, əksinə türk dünyasında, həm də beynəlxalq müstəvidə bu ölkənin maraqlarını ifadə edəcək çoxlu istinadlar var.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, akademik Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, qeyd etmək istəyirəm ki, yarımmüstəqil türk  xalqları da bu prosesdə iştirak etməlidir.

“Tatarlar, başqırdlar, çuvaşlar, yaqutlar və s. xalqların  böyük mədəniyyəti, dövlətçilik tarixi var. Məsələn, tatarların dövlətçilik tarixi türk xalqlarının çoxunun dövlətçilik tarixindən əvvələ gedib çıxır. Hesab edirəm ki, bu xalqlar da müxtəlif səviyyələrdə türk briliklərində təmsil olunmalıdır. Doğrudur, onlar  TÜRKSOY-da təmsil olunur, amma fikrimcə, həmin yarımmüstəqil dövlətlərin parlamentləri olduğuna görə TÜRKPA-nın işində də iştirak edə bilərlər.

Yəni, proses elə gedir ki, türk birliyini istəməyən dairələr bizim birliyimizdən sui-istifadə edib “türk qorxusu” yaymasınlar. Yaymağa çalışsalar belə, türk dövlətlərinin fəaliyyəti nəticəsində dünya görəcək ki, burada normal, mədəni,ümumbəşəri dəyərlərə, müasir sivilizasiyaya uyğun bir proses gedir.

Dünya xalqlarının bir birilə münasibətləri hansısa birinin hüquqlarının pozulması şəklində yox, hüquq bərabərliyi əsasında olmalıdır. Başqa bir mədəni birlik dünyada mümkün deyil. Qloballaşmanın şərti də budur. Türk dünyası da Azərbaycanın timsalında multikulturalizmin zirvəsini dünyaya təqdim edir.

Bütövlükdə, türk dövlətlərinin birliyi üçün çox ciddi əsaslar var və bu birlik dünyaya mədəniyyət, humanizm, insanlıq, böyük dəyərlər  gətirir…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az 

Read Previous

Gündüz Məmmədov – UKRAYNA BAŞ PROKURONUNUN MÜAVİNİ OLDU

Read Next

“QDİƏT PM çox vacib tribuna, platformadır…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir