“Yasamal parkı itlərin “görüş klubu”na çevrilib”- Fəzail İbrahimli

Yasamal parkı bir il öncə istifadəyə verilib və o, ölkə Prezidenti İlham Əliyevin yasamallılara, Bakı sakinlərinə hədiyyəsidir. Hədiyyəyə xəyanət etmək olmaz. Amma təəssüflər olsun ki, həmin hədiyyəyə öz şəxsi maraqlarını düşünənlər tərəfindən xəyanət var“.

Etik xeber.az xəbər verir ki, bunu  Milli Məclisin (MM) Regional məsələlər komitəsinin parlamentin qarşıdan gələn 2016-cı il payız sessiyası ilə bağlı sentyabrın 9-da keçirilən ilk iclasında sözügedən komitənin üzvü, professor Fəzail İbrahimli dilə gətirib.

“Bir il öncə Yasamalda gözəl bir park salındı. Ancaq heç üstündən bir il keçməmiş park tanınmaz hala gətirildi. Yasamal parkı belə demək mümkünsə, bu gün işğal olunub, biznes-kluba çevrilib. Bu, xəyanətdir. Bunu da bütün məsuliyyətimlə deyirəm”-deyən millət vəkilinin sözlərinə görə, parkda insanların dincəlməsinə imkan verilmir, gəliş-gedişə, hərəkətə ciddi maneçiliklər törədilir. O, qeyd edib ki, parkın qarşısında yüzlərlə velosiped qoyulub ki, 5 dəqiqəsi 2 manatadır.

“Kimlərsə parkı öz şəxsi mallarına, mülklərinə çeviriblər, yaxşıca pul qazanırlar. Ancaq ora velosiped sürmək məkanı yeri deyil. Velosipedi də elə sürürlər ki, az qala adamların üstünə çıxalar. Bu, yolverilməzdir.

Həm də bildiyiniz kimi, illərdir Bakıda it saxlayan ailələr, vətəndaşlar var. İndi həmin park sanki itlərin “görüş klubu”na çevrilib, bütün itlər orada görüşürlər, insanlar da qorxularından bilmirlər nə etsinlər. Axı, siz kimsiniz ki, parkı işğal edirsiniz, oranı biznes-kluba çevirirsiniz? Bu haqqı kim sizə verib? Maddi maraqlarınız naminə niyə insanların əsəbləri ilə oynayır, xəyanət edirsiniz bu dövlətə? Hesab edirəm ki, artıq buna bir dur deyən lazımdır, bu özbaşınalıq aradan qaldırılmalıdır”-deyə, F. İbrahimli daha sonra sözlərinə əlavə edib.

Etik xeber.az

Read Previous

Komitə sədri: “Bizdə hamı sanki susmağa üstünlük verir”

Read Next

Azərbaycanda 1984 inzabi ərazi vahidinin ən azı 700-də ərazi mübahisəsi var – Milli Məclis

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir