Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Lənkəran rayonunun Cil kəndinin İkinci Vətən Müharibəsi Şəhidi, anası tərəfindən təkbaşına böyüdülmüş, iki qardaşdan biri, evin sonbeşiyi, subay, Azərbaycan Ordusunun Əsgəri Araz Həbibovun (Mirzəyevin) Cənnətdəki dördüncü doğum günü, 22 yaşının tamam olması ilə bağlı bu gün Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir düzənlənib.
Tədbir “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə Vasifqızının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Tədbirdən öncə mərhum Heydər Əliyevin Mərkəzdəki büstü ziyarət olunub, sonra-tədbir zamanı isə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Etikxeber.az xəbər verir ki, 3 saat davam edən tədbirdə çıxışlar edilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, ifa olunub.
Çıxışlarda Şəhidin əzizlərinə, anası Fərqiyyə xanıma Allahdan səbr və dözüm arzulanıb, Araz Həbibovun Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Eyni zamanda, Araz Həbibov da daxil olmaqla, Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından bəhs olunub.
Şəhidlərin ölmədiyi, onların ruhən yaşadığı, Ölümsüzlüyə qovuşduğu dilə gətirilib.
Həmçinin, Şəhidlərlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.
Tədbirdə daha sonra Araz Həbibovla bağlı videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda isə xatirə fotoları çəkdirilib.
Tədbirdən sonra Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı adına ehsan süfrəsi açılıb, ruhuna dualar edilib, eyni zamanda, Şəhid analarının iştirakı ilə tort kəsilib.
Qeyd edək ki, Araz Həbibov (Mirzəyev) 2002-ci ilin yanvar ayının 19-da Lənkəran rayonunun Cil kəndində dünyaya gəlib, ailənin iki oğlan övladından biri olub.
2008-2019-cu illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra-2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb və Azərbaycan Ordusun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.
Şərəfli döyüş yolu 14 gün çəkib.
10 oktyabr 2020-ci il tarixində isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi 11 oktyabrda Lənkəran rayonunun Cil kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
O, həm də Cil kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 22 yaşı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
























***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





