General Yaşar Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə-TƏLTİF EDİLDİ

Ölkə Prezidenti İlham Əliyev Yaşar Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, general Yaşar Əliyevin bu gün 60 yaşı tamam olur.

O, 15 May 2020-ci ildə Prezident Aparatının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib, həqiqi hərbi xidmətə çağırılaraq rütbəsi general-leytenanta qaldırılıb.

Etikxeber.az

Read Previous

“Bu insanlar təkcə qanun qarşısında deyil, həm də ictimaiət tərəfindən mühakimə olunmalıdır”-MİLLƏT VƏKİLİ BAŞ PROKURORLUĞUN SON AÇIQLAMASINDAN DANIŞDI

Read Next

Daha 139 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir