Yaşar Məmmədovu Ziyəddin Əliyev əvəzlədi – SƏRƏNCAM

Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Etikxeber.az-ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bunadək Ziyəddin Əliyev “Azəravtoyol” ASC-də çalışıb.

Prezidentin cari ilin fevralın 20-də imzaladığı sərəncama əsasən ona “Əməkdar mühəndis” fəxri adı verilib.

Etikxeber.az

Read Previous

“Dəstəkləyirəm, amma bir neçə sualım var…” – DEPUTAT

Read Next

“Azərbaycan-Türkiyə-Pakistan münasibətləri bu gün dünyaya ən gözəl nümunədir” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir