Yaşayış binasında yanğın oldu, 12 nəfər təxliyə edildi – BAKIDA

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən kafedə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Etikxeber.az-a bildiriblər ki, ümumi sahəsi 100 kvadratmetr olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 kvadratmetr sahədə əriyib.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

“İslahatlar dərinləşəcək…” – PREZİDENT AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ

Read Next

Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə Konqresdə olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir