Yaşayış binasında yanğın: Şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olundu

Sumqayıtda yaşayış binasında  yanğın olub.

Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər ərazisində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb. Yanğın kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunub.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

77 yaşlı qadın evində yanaraq dünyasını dəyişdi

Read Next

Bakı-Ələt yolunda ağır yol faciəsi: Avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 cəsəd aşkarlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir