Yaşayış evində partlayış: Bir ailənin 4 üzvü ağır yaralandı, 3 yaşlı uşaq dünyasını dəyişdi – FOTOLAR – YENİLƏNİB

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Etikxeber.az bildirir ki, Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə  alınıb.

Qəsəbə  sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev sahibinin 3 yaşlı övladı dünyasını dəyişib.  M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub.

3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Respublika Yanıq Mərkəzindən APA-ya bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.

hokmali-4hokmali-3

Etikxeber.az

Read Previous

Nazir şəhid əsgərin ailəsinə yeni evin açarlarını verdi – FOTOLAR

Read Next

ATƏT cəbhədə monitorinq keçirib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir