Yaşayış sahəsinə ehtiyacı olan şəhid ailələrinin uçotuna dair yeni prosedur-DƏYİŞİKLİK

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Etikxeber.az məlumat verir ki, bu, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.

Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir.

Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb.

Bu xüsusda, sözügedən qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Etikxeber.az

Read Previous

Qubada narkotik vasitələrin təsiri altında maşın sürən 10 sürücü, Ağdaşda isə narkotik vasitələrin dövriyyəsini təşkil edən şəxslər saxlanıldı-DİN MƏLUMAT YAYDI

Read Next

Son dörd ildə iki övladını itirən Dərdli, Yaralı, həm də Qəhrəman Ana-İKİ HƏRBÇİ OĞLUNDAN BİRİNİ-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ORXAN ƏKBƏROVU VƏTƏN YOLUNDA ŞƏHİD VERƏN, BİR OĞLU İSƏ 45 YAŞINDA DÜNYASINI DƏYİŞƏN, BU GÜN QIRX MƏRASİMİ OLAN TALEH ƏKBƏROVUN ANASI SEVİL ANA, SEVİL ABDULLAZADƏ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir