Yaşıllaşdırma aksiyası zamanı 10 min ağac əkildi

“Azəravtoyol” ASC-nin kollektivi tərəfindən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 35-40-cı km-lik ərazisinin mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.

ASC-dən Etikxeber.az-a verilən məlumata görə, ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada Saleh Məmmədov və qurumun digər rəhbər şəxsləri də yaxından iştirak ediblər.

100 nəfərdən artıq işçinin və 10 ədəd maşın mexanizmin cəlb edildiyi tədbir zamanı 250 min kvadratmetr ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 10 min ədəd Eldar şamı və sərv ağacları əkilib. Əkilən ağaclar ASC-nin 1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, yaşıllaşdırma tədbirləri respublikanın digər avtomobil yollarında da davam etdirilir. Belə ki, bu ilin payız əkin mövsümündə Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala və Bakı-Ələt-Astara avtomobil yollarının mühafizə zolaqlarına 35 min ədəd Eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib. Mövsümün sonuna kimi əlavə olaraq daha 25 min ədəd ağacın əkilməsi nəzərdə tutulub. Ümumilikdə isə cari ilin əvvəlindən “Azəravtoyol” ASC tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında 138 min ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur.

“Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri 1 600 km magistral və 1 824 km respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3 424 km avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli  avtomobil yollarının mühafizə zolağında 1 236 157 ədəd, o cümlədən 895 625 ədəd çoxillik ağac mövcuddur.

Etikxeber.az

Read Previous

Minlərlə Azərbaycan qadını ağlasığmaz təhqirlərə, zorakılığa məruz qalıb – Komitə sədri

Read Next

“Günəşli” yatağındakı kran aşdı, bir nəfər dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir