Yıxılaraq zədə alan və Respublika Diaqnostika Mərkəzinə (RDM) müraciət edən 76 yaşlı kişi pasiyentdə sol bud sümüyün boynunun sınığı diaqnozu qoyulub.
RDM-dən Etikxeber.az-a bildirilib ki, ortoped-travmatoloq Altay Cəfərov və ümumi cərrah Ruslan Rəhimov tərəfindən pasiyent üzərində sol budun bipolyar artroplastika əməliyyatı icra olunub.
Əməliyyatdan iki gün sonra pasiyent yeridilib. Daha sonra tam sağlam vəziyyətdə evə yazılıb.
Etikxeber.az