Yavaş-yavaş düzəlir – MİLLƏT VƏKİLİ SƏHHƏTİNDƏN İLK DƏFƏ DANIŞDI

Hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram. Hər iki əlimdə “karpal tunel sindromu” diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə bilmədim, mesajlarınıza cavab yaza bilmədim.

Etikxeber.az xəbər verir ki, bunu bugünlərdə Türkiyədə cərrahi əməliyyat keçirən millət vəkili Qənirə Paşayeva deyib.

“Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram. İnşallah, Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə təxminən 1 ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər.

GANİRA-MM

Yaradana şükürlər olsun. İnanıram ki, Onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”-deyə, millət vəkili sonra əlavə edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev Valeri Gerasimovu qəbul etdi – FOTO

Read Next

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir