Yaxın aylarda sertifikasiya olmayacaq-ŞAGİRD SAYI AZALACAQ – NAZİR

Yaxın 3 ayda müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulmur.

Etikxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, çünki pandemiyaya görə qeyri-müəyyənlik var:

“Amma bu il hansısa qrup üzrə sertifikasiyanın keçirilməsinə ümid edirik. Payız aylarında olmasını nəzərdə tuturuq. Sertifikasiya qəfil ola bilməz, əvvəldən məlumat verilməlidir. Bunlar pandemiya ilə bağlıdır, olmasaydı, bəlkə də proses artıq başlamışdı”.

Sonra “Növbəti ildən şagird sayında azalma olacaq. Bu, demoqrafik göstəricilərlə bağlıdır”-deyən nazir qeyd edib ki, 2020-ci illərdə doğulan uşaqların sayı da azalacaq, bu, təbii bir prosesdir, bu da şagird sayına təsir edəcək:

“Şagirdlərin sayının azalması müəllimlər üçün vakansiyaların da sayına təsir göstərəcək. 35-40 il işləyən müəllim pensiyaya gedəndə o yer vakansiyaya çıxarılır. Vakansiyaların gizlədilməsinin də mahiyyəti yoxdur, çünki sonra direktorlar həmin yerə işçi götürə bilmir. Götürsə belə, Təhsil Nazirliyi tərəfindən bunun qarşısı alınır. Get-gedə də sistemlər rəqəmsallaşır, bu prosesləri gizlətmək mümkün olmayacaq”.

Etikxeber.az

Read Previous

Əslən Şuşalı millət vəkili Şuşadan-30 İLİN FOTOSUNDAN DANIŞDI – FOTO

Read Next

Şuşada 960 şagird yerlik məktəb tikiləcək-İSTİLİK TƏCHİZATI SİSTEMİ YENİDƏN QURULACAQ – SƏRƏNCAM(LAR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir