Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Xəstəliyimlə əlaqədar olaraq uzun zamandır sosial şəbəkədə olmuram. Amma xəstəxanada oldugum bu günlərdə aylardır mənin üçün zəhmət çəkən hər kəsə təşəkkürümü, sonsuz minnətdarlıgımı bildirirəm. Yaxın günlərdə əməliyyat ediləcəm”.
Etikxeber.az xəbər verir ki, bunu onkoloji xəstəlikdən əziyyət çəkən və hazırda xəstəxanada müalicə alan tanınmış jurnalist, tanınmış mədəniyyət yazarı Ülviyyə Həsənqızı öz “Facebook” statusunda yazıb.
O, qeyd edib ki, bu statusu yazmaqda məqsədi var.
“Mənə dəstək olan hörmətli Bəhram müəllimə, Milli Onkologiya Mərkəzinin rəhbəri, akademik Cəmil Eliyevə xüsusi təşəkkür edirəm. Milli Onkologiya Mərkəzinin Onko qinekologiya şöbəsinin rəhbəri dəyərli həkim Şəmistan Alıyevə, şöbənin bütün həkim və tibb personalına minnətdaram. Bacarıqlı cərrah, gözəl insan Şəmistan Alıyev cərrahiyyə əməliyyatımın təmənnasız ediləcəyini və əməliyyatın yüksək səviyyədə baş tutacagını bildirib. Bir daha Milli Onkologiya Mərkəzinin rəhbəri, akademik Cəmil Eliyevə dərin təşəkkürümü bildirirəm. Bunu yazmagı özümə borc bildim. Mənə dəstək olan hər kəsə minnətdaram. Xüsusi təşəkkürümü, ürək sözlərimi əməliyyatdan sonra geniş yazacam”-deyə, o, sonra qeyd edib.
Etikxeber.az





