“Yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, müalicəsi təmin olunacaq…”-FİRUDDİN NƏBİYEV

Əlillik dərəcəsi məsələsinə Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyində baxılır.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Müdafiə Nazirliyi (MN) Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə bildirib. 

Polkovnik deyib ki, hazırda orduda tibbi təminat və dərmanlarla bağlı hər hansı problem yoxdur.

““YAŞAT” Fondunun qazilərin xaricdə, ölkədəki klinikalarda müalicəsini xüsusi qeyd etmək istəyirəm. YAŞAT Fondu Türkiyədən həkimlər dəvət edir”-deyən F. Nəbiyev ki, Türkiyədən gələn həkimlərin köməyi ilə “YAŞAT” Fondu qazilərin birinci, ikinci növbədə xaricə müalicəyə göndərilməli olduğunu müəyyənləşdirib:

“54 nəfər Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb. Yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, müalicəsi təmin olunacaq”. 

O, eyni zamanda, ordudan tərxis olunan hərbi qulluqçuların müalicəsi məsələsinə aydınlıq gətirib. 

F. Nəbiyev deyib ki, Səhiyyə Nazirliyinin, TƏBİB-in tabeliyində tibb müəssisələri var və ordan tərxis olunmuş yaralılar, qazilər yaşadıqları yer üzrə həmin tibb müəssisələrinə müraciət edə bilərlər. 

F. Nəbiyev bildirib ki, o da bəzən bu məsələ ilə bağlı TƏBİB-ə, Səhiyyə Nazirliyinə müraciət edir:

“Həmin yaralı və qazilərin TƏBİB və Səhiyyə Nazirliyinin tibb müəssisələrində müalicəsi ilə bağlı hər hansı problem yoxdur. Hazırda ölkədəki bütün xəstəxanalar tibbi sığorta sistemi çərçivəsində fəaliyyət göstərir. Eyni zamanda qazilərimizə ölkəmizdə xüsusi diqqət var və onların müalicəsində hər hansı probom yoxdur. Belə yaralı və qazilərin dərmanla təchizatında da hər hansı problem yoxdur. Tərxis olunmuş həmin hərbi qulluqçuların bütün tibbi təminatı müraciət edilən xəstəxanalar tərəfindən təmin olunur”.

Etikxeber.az

Read Previous

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev-SAXLANILDI…

Read Next

Daha 2392 yeni yoluxma-DAHA 31 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir