Yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər…

Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər.

Etikxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb.

Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur.

Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.

Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.

Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.

Etikxeber.az

 

Read Previous

Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər işıq üzü gördü

Read Next

Bu futbolçu ilə Avropanın 4 klubu maraqlanır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir