“Yaxınlarda məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışının şahidi olacağıq”-XARİCİ İŞLƏR NAZİRİ

Azərbaycan Respublikası üçün işğaldan azad olunmuş ərazilərin bərpası prioritet hesab olunur, buna dövlət səviyyəsində yüksək əhəmiyyət verilir.

Etikxeber.az məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Məqsədlərin böyük hissəsi yerinə yetirilir, ərazilərin bərpası çox yüksək templə aparılır. Və biz bu yaxınlarda məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışının şahidi olacağıq. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, azad olunmuş ərazilərin bərpası ilə bağlı müştərək layihələrin həyata keçirilməsi də əməkdaşlığımızın hissəsi sayılır”– deyən XİN rəhbəri Rusiya şirkətlərinin Qarabağın bərpasında marağını yüksək dəyərləndirdiklərini də diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

Parlamentin komitə sədri-DAHA İKİ ŞƏHİD ANASI İLƏ BİR ARAYA GƏLDİ, ONLARI DİNLƏDİ VƏ… – YENİLƏNİB

Read Next

Daha 17 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir