“Yaxşı” olanı özümüzə sarı çəkir, “pis” olanı isə kənara atırıq” -YAZIÇI

“Biz bəzən tarixi də təftiş etməyə çalışırıq. Özü də çalışırıq ki, tariximiz başdan-başa “qəhrəmanlıq səhifələri” ilə dolu olsun. “Yaxşı” olanı özümüzə sarı çəkir, “pis” olanı isə kənara atırıq”.

Etikxeber.az verir ki, bunu tanınmış filosof, yazıçı Firuz Mustafa deyib.

Onun sözlərinə görə, unutmayaq ki, dünyadakı bütün xalqların həyatında xoşagəlməz, mənfi, arzuolunmaz, hətta rüsvayçı hadisələr baş verib.

“Elə təkcə Rusiya, Fransa, Almaniya, İngiltərə tarixində kifayət qədər mənfi, hətta cinayət xarakterli olaylar baş verib. Bəyəm buna görə bu xalqlar öz tarixlərindən imtina edirlər?
Dediyim budur ki, keçmiş tarix heç vaxt “redaktə” oluna bilməz.
Sadəcə, hər kəs öz xalqının tarixindən ibrət dərsi almalıdır”-deyə, o, daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Muradovla Rzayev nədən Belçikaya gedirlər?

Read Next

“Aİ-nin xarici sərhədlərinin möhkəmləndirilməsinə xüsusi fikir verilməlidir” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir