Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bəzi mətbuat orqanlarında fikirlərim təhrif olunub və bəzi həmkarlarım da fikirlərimlə, əslində nə dediyimlə tanış olmaya-olmaya ona münasibət bildiriblər”
“Mən demişəm ki, Bakı kəndlərində qızlar 14-15 yaşlarından, yəni, 8-9-cu siniflərdən kütləvi şəkildə məktəbdən çıxarılır, təhsildən yayındırılır. Mən deməmişəm ki, qızlar, ümumiyyətlə, təhsildən uzaqlaşdırılır. Bunlar tamamilə fərqli məsələlərdir və çox təəəssüflər olsun ki, mənim fikirlərim bəzi mətbu orqanlarda yanlış təqdim olunub, təhrif edilib”.
Bunu Etixeber.az-a açıqlamasında millət vəkili, akademik Gövhər Baxşəliyeva üzvü olduğu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin parlamentin payız sessiyası ilə bağlı bu günlərdə keçirilən ilk iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərin təhrif olunmasına aydınlıq gətirərkən bildirib.
Millət vəkili bir daha bildirib ki, paytaxt Bakının kənd və qəsəbələrində qızların valideynləri tərəfindən 14-15 yaşlarından təhsildən yayındırılması problemi var.
“Bu, çox ciddi problemdir. Çox təəssüflər olsun ki, Bakımızın, paytaxtımızın bir addımlığında, onun kənd və qəsəbələrində qızlarımız valideynləri tərəfindən 8-9-cu siniflərdən təhsildən uzqalaşdırılır, bir çox hallarda da erkən nikahlara cəlb olunurlar. Mən də komitə iclasında çıxışım zamanı məhz bu yöndə narahatçılığımı vurğulamışam və mənim fikirlərim də iki həmkarım tərəfindən təsdiqlənib, dəstəklənib. Mən bu gün də öz fikrimdə qalıram və qızların təhsildən yayındırılmasını çox yanlış hal hesab edirəm. Hesab edirəm ki, bu ziyanlı və təhlükəli hal aradan qaldırılmalıdır. Qızlarımız normal təhsillərini davam etdirməlidirlər. Ancaq təəssüflər olsun, bəzi mətbuat orqanlarında mənim fikirlərim təhrif olunub və bəzi həmkarlarım da fikirlərimlə, əslində nə dediyimlə tanış olmaya-olmaya ona münasibət bildiriblər. Yaxşı olardı ki, onlar mənim fikirlərimlə tam tanış olsunlar, sonra münasibət bildirsinlər”-deyə, G. Baxşəliyeva sözlərinə əlavə edib.
Etikxeber.az