“Yaxşı qurtarmışıq, terrorçu-kamikadze də hazırlaya bilərdilər…” – VÜSALƏ MAHİRQIZI

Tanınmışlardan uşaq bağçasında baş verən hadisəyə sərt etiraz

İndicə internet saytlarında Bakıdakı “Kids Studio” özəl uşaq bağçasında körpə uşaqların sitematik olaraq döyülməsi və işgəncə verilməsi kadrlarına baxdım. Daha doğrusu, baxıb dəhşətə gəldim.

Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, uşaqların döyülməsindən də dəhşətlisi odur ki, bağça müdiriyyəti işçini təmizə çıxarır və lentin yayılmasından narazıdır.

“Mən müvafiq orqanlardan lentdə baş verənlərə və müdiriyyərin məsuliyyətinə hüquqi qiymət verməyə çağırıram”-deyə, o, sonra əlavə edib.

Millət vəkili Jalə Əliyeva öz növbəsində  baş verən olaydan ciddi narahatlıq keçirdiyini bildirib.

O da hesab edir ki, həmin kadrlara həyəcancız baxmaq mümkün deyil:

“Bu, çox yolverilməz və qəbuledilməz bir hadisədir. Adam baxdıqca dəhşətə gəlir. Bu, insanlıqdan kənar bir haldır. Mən bir insan, bir ana kimi kimsənin döyülməsinin, təhqir edilməsinin, incidilməsinin tərəfdarı deyiləm. Amma uşaqlara, körpələrə qarşı belə davranış ümumiyyətlə, qəbuledilməzdir. Uşağa da, körpəyə də əl qaldırmaq, onu incitmək, döymək olarmı? Axı, sənin əlin necə gəlir, necə qalxır körpəni, uşağı döyməyə, incitmyə? Sənə kim bu haqqı verib? Bunu edən və edənlər insandırmı? Biz hansı zəmanədə yaşayırıq? Ona görə hesab edirəm ki, bu məsələ tezliklə ciddi şəkildə araşdırılmalı və təqsirkarlar cəzalandırılmalıdır. Cəzalandırılmalıdır ki, başqalarına da dərs, ibrət olsun”.

Digər millət vəkili Eldəniz Səlimov da həmkarları kimi düşünür və baş verən hadisəni insanlıqdan kənar hadisə hesab edir.

Millət vəkilinin bildirdiyinə görə, adçəkilən uşağ bağçasında, eləcə də, bunabənzər hadisələrin yaşandığı digər körpələr evlərində ciddi araşdırmalar aparılmalı, öz işinə məsuliyyətsiz yanaşan, körpələrə qarşı  rəhmsiz, mərhəmətsiz davrananlar layiqli cəzalarına çatdırılmalıdır:

“Belələrinə insan demək özü günahdır. İnsan olan, insan adalan kəs də  körpəyə, uşağa əl qaldırarmı? Belələri görəsən, necə rahat yata bilirlər, yuxu onlara haram olmurmu? Axı, sən kimsən ki, uşaqla belə vicdansızcasına, rəhmsizcəsinə davranırsan, hələ bir hərəkətlərinə, insanlıqdan kənar davranışlarına bəraət də qazandırırsan? Uşaqlara, körpələrə qarşı kimsənin əsla və əsla bü cür davranmağa haqqı yoxdur. Belə hesab edirəm ki, uşaq baöçaları, körpələri evləri bundan sonra ciddi nəzarətdə saxlanılmalıdır. Həmin müəssüsələrdə mütəmadi monitorinqlər, araşdırmlar, yoxlamalar aparımlalı, ictimai baxış həyata keçirilməlidir. Orada çalışan və çalışacaq personal hərtərəfli araşdırmadan sonra işə götürülməlidir. Xüsusilə də, bağça müdirləri son dərəcədə peşəkarlıqla seçilməlidir, burada ani səhvə, xətaya yol vermək olmaz”.

Tanınmış jurnalist, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı isə “Facebook” statusunda bunları yazıb:

“Bağçada uşağın döyülməsindən daha dəhşətli məsələ Təhsil Nazirliyi ilə Bakı şəhər İcra Hakimiyyətinin açıqlamasıdı. Hər iki qurum deyir ki, onlar belə bir bağçaya lisenziya verməyiblər. Necə yəni lisenziya verilməyib? Bəs bura necə fəaliyyət göstərir, bəs bu bağçanın fəaliyyət göstərdiyi rayonun rəhbərliyi hara baxır, bəs bu necə qeydiyyatsız işçi toplayır, burdakı pedoqoji heyət necə yığılıb, ümumiyyətlə, orda pedoqoji heyət varmı, bu müəssisə hansı fəaliyyət növü üçün dövlət qeydiyyatına alınıb? Və ən əsası, ayda filan qədər pul verən valideyn uşağına dərs deyən müəllimin diplomu, uşağının qidalandığı yerin şəraiti, qeydiyyati ilə maraqlanmır? Bu, sonuncu sualı ritorik olaraq və bir az da heyrətlə verirəm. Maraqlanmır, əgər maraqlansa, o “bağçaya” kimsə uşaq qoymaz. Bu hadisə bir daha göstərir ki, bağçalar təcili olaraq Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır. Bu təsisatların iki dövlət qurumu arasında qalması belə problemləri ortaya çıxarır və indiki kimi hərə problemi o birinin üzərinə atır, axırda da problem ortada qalır. Yaxşı qurtarmışıq, məsələn, terrorçu-kamikadze də hazırlaya bilərdilər, nəzarətsiz yerdir də. Lütf eləyiblər…“.

Etikxeber.az

 

Read Previous

Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzaladı

Read Next

“Bakının “nəfəsi” daralır…” – MİLLƏT VƏKİLİ – YENİLƏNİB -(1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir