Yaz fəsli martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Etikxeber.az-a bildirilib ki, 2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

Etikxeber.az

Read Previous

Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Read Next

Bakıda yaşayış binasında yanğın – 10 NƏFƏRƏ TİBBİ YARDIM GÖSTƏRİLİB – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir