Yazıçı Aydın Xanın həyat yoldaşı böyrək çatışmazlığından dünyasını dəyişdi

“Həyat yoldaşım, iki oğlumun anası bu gecə böyrək çatışmazlığından dünyasını dəyişdi. O mənim əziyyətimi çox çəkmişdi, yazıçı arvadı olmaq, cəhənnəm qapıçısı işləməkdən çətindir, söz yox, amma Xan xanımı da olmaq şərəfdir”.

Etikxeber.az xəbər verir ki, bunu yazıçı Aydın Xan Əbilov öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, həyat yoldaşı  mərhumənin öz vəsiyyətinə uyğun olaraq Lənkəranda anası və bu yaxınlarda rəhmətə gedən bacısının yanında torpağa tapşırılacaq.

“Dördüncü gün üç mərasimi orada olacaq. Bakıdakı dostlar üçün məclisin vaxtı və yeri dəqiqləşdiriləndən sonra elan ediləcək…”– deyə, o, daha sonra yazıb.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi ümumilikdə 18 dəfə pozulub

Read Next

Prezidentlər biznes forumda çıxış etdilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0