Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Çingiz ABDULLAYEV: “Ziyad Səmədzadə öz fəaliyyəti boyunca Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycan iqtisadiyyatı, iqtisad elmi üçün çalışıb, çox böyük işlər görüb…”
“Biləndə ki, bu gün Ziyad müəllimin görüşü var, biletimi dəyişdirdim və özümə borc bildim ki, onun görüşündə iştirak edim…”
Mən ilk növbədə burada əyləşən ağsaqqalları salamlayıram. Fəxr edirəm ki, belə insanların, sizlərin qarşısında çıxış edirəm. Mən bu gün xaricə səfərə getməliydim, əslində bir azdan da məclisi yarımçıq tərk edib gedəcəm. Amma biləndə ki, bu gün Ziyad müəllimin görüşü var, biletimi dəyişdirdim və özümə borc bildim ki, onun görüşündə iştirak edim. Çünki Ziyad müəllim çox gözəl insan, çox gözəl ziyalı, çox dəyərli alim, çox təcrübəli ictimai-siyasi, dövlət xadimidir.
Etikxeber.az xəbər verir ki, bunu dünya miqyaslı Azərbaycan yazarı, Xalq yazıçısı Çingiz Abdullayev 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən 4-cü dəfə deputatlığa namizəd, akademik Ziyad Səmədzadənin seçicilərlə görüşündə deyib.
” Ziyad müəllimin nəsli, babaları çox tanınmış və nüfuzlu insanlar olub…”
O, qeyd edib ki, Z. Səmədzadə öz fəaliyyəti boyunca Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycan iqtisadiyyatı, iqtisad elmi üçün çox böyük işlər görüb:
“Mən Ziyad müəllim çoxdan və yaxından tanıyıram. O, mənim də qohumdur, bir az da mən qohumbazlıq edim (gülür)…Ziyad müəllim mənim qayınatamgilin yaxın qohumudur…Ziyad müəllimin nəsli, babaları çox tanınmış və nüfuzlu insanlar olub. Bildiyiniz kimi, Bakıya “Şollar suyu”nu böyük xeyriyyəçimiz Hacı Zeynalabdin çəkdirib. Amma bəlkə də çoxlarının xəbəri yoxdur, Buzovnaya su kəmərini məhz Ziyad müəllimin qohumları, babaları çəkdirib…Ziyad müəllimin doğma bibisi uzun illər Bakının ən mərkəzi və tanınmış orta məktəblərindən birinə rəhbərlik etmiş Sona xanım olub…Elə bilirəm ki, Sona xanımı tanımayan insan tapılmaz…Ziyad müəllimgil bax belə nüfuzlu, tanınmış nəsildir…Onun ailə üzvləri də Azərbaycanın tanınmış ziyalıları, yaradıcı insanlarıdır…”.

“Seçkilərə təsadüfi adamlar getməməlidir, təsadüfi adamlar deputatlığa namizəd olmamalıdır…”
Ç. Abdullayev bu yerdə maraqlı bir məqama da toxunub, parlament seçkilərində iştirak etmək istəyən namizədlərin çoxluğuna irad tutub.
Xalq yazıçısı bildirib ki, seçkilərdə təcrübəli, savadlı, bacarıqlı, qanunvericiliyi bilən insanlar iştirak etməlidir.
“Az qala 4-5 min adam namizədliyi irəli sürümüşdü. Onlardan çoxu da heç 400-500 imza toplaya bilmədi. Axı, sən hansı haqla, hansı başla seçkilərə gedirsən, namizəd olmaq istəyirsən? Sənin buna savadın, qabiliyyətin, bacarığın, biliyin, savadın çatırmı? Sənin qanunvericilik nədir, ondan xəbərin varmı? Seçkilərə təsadüfi adamlar getməməlidir, təsadüfi adamlar deputatlığa namizəd olmamalıdır. Bunun ciddiliyinə varmalıdırlar”-deyə, Ç. Abdullayev sözlərinə əlavə edib.

“Yazıçı yalandan, yaltaqlıqdan uzaq olmalıdır, çünki…”
Xalq yazıçı eyni zamanda, hər kəsi, xüsusilə də, sənət adamlarını, yazıçı və şairləri yalandan uzaq olmağa çağırıb:
“Yazıçı yalan danışmamalıdır, yalan söz deməməlidir, yaltaq olmamalıdır. Çünki bu, gec-tez onun əsərlərində, yazılarında özünü göstərəcək, Ona görə yalandan, yaltaqlıqdan uzaq olmaq lazımdır. Mən bu günə kimi hansısa deputatlığa namizədin görüşündə iştirak etməmişəm. Ancaq ilk dəfədir ki, bir namizədin görüşündə iştirak edirəm və buna görə də fəxr edirəm. Çünki Ziyad müəllim buna layiq insandır. Parlamentimizə məhz Ziyad müəllim kimi, təcrübəli insan lazımdır”.
“Mikoyan Stalinə yazırdı, deyirdi ki, ermənilər çox qırmaq lazımdır, amma…”

Ç.Abdullayev daha sonra bunları qeyd edib:
“Bildiyiniz kimi, sovetlər dövründə Anastas Mikoyan adlı partiya-dövlət xadimi var idi. Bir müddət SSRİ-nin birinci şəxsi də olmuşdu qısa zaman ərzində…O, düz 40 il SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində təmsil olundu. Hətta, Stalinin dövründə erməniləri qırdıran da o olub. Bəlkə çoxlarına təəccüblü gələcək, bəli, həmin Mikoyan Stalinə deyirdi ki, iki min yox, 3 min, 4 min ermənini öldürmək, güllətdirmək lazımdır…Amma bu günə kimi, ermənilərdən bir nəfər olsun belə, onun haqqında mənfi söz işlətməyib, bir erməni də deməyib ki, Mikoyan bizi qırdırıb, bunun edib, onu edib…Amma mərhum Heydər Əliyev Moskvaya- SSRİ rəhbərliyinə gedəndən sonra buradan Mərkəzə teleqramlar, anonim məktublar axışmağa başladı…. O, cəmi 5 il vəzidədə işlədi və 1987-ci ildə istefa verdi…Onu kimlər edirdi, bizimkilər edirdi çox təəssüf ki…
Hansı ki, Heydər Əliyev vəzifədən istefa verib gedəndən cəmi iki ay sonra başımıza bu oyunlar gəlməyə başladı, akademik Aqanbekyan təxribat xarakterli yazı ilə çıxış etdi, dedi ki, Qararabağ Ermənistana bilrləşdirilməlidir… Həmin vaxtdan da başımıza müsibətlər gəlməyə başladı…Əgər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi, dövlətimizi. millətimizi xilas etməsəydi, bizim aqibətimiz necə olardı bir Allah bilir…Bu, həqiqətdir, bu, reallıqdır, bu, tarixdir…Eyni zamanda, onun siyasətini çox uğurlu şəkildə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev var. Onlar hər ikisi bu xalq, bu dövlət üçün çox böyük işlər görüblər…Ziyad müəllim də mənim tanıdığm, dövləti, xalqı üçün daim çalışan, vuruşan insanlardandır…Mən hər bir kəsi ona səs verməyə çağırıram”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az