Yazıçıdan deputata yeni “ayama” : “Atxod”

“Atxod”. Adətən, bir çox adamlar gənc yaşlarından özlərinə öz əməllərinə görə ləqəb, ayama qazanırlar. Bu qondarma, daha doğrusu sonradan qazanılan ikinci adlar əksərən mənfi, nadir hallarda isə müsbət səciyyə daşıyır. Və artıq dediyim kimi, bu “adlar” adətən həmin adamlara gənclik cağlarında “yapışdırılır”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ziyalı, yazıçı Firuz Mustafa öz “Facebook” statusunda yazıb.

Onun sözlərinə görə, amma bu günlərdə bir ahıl adam (deyəsən, millət vəkilidir) bu yaşında özünə təzə ləqəb qazandı: “Atxod”…

“O, Rusiyada yaşayan milyonlarla soydaşımıza “otxod” deyib, təhqir edib. Görəsən, özünü təmizə çıxarmaq üçün hansı bəhanəni tapacaq? Yəqin bu adam bilmir ki, biz əsrlər boyu Rusiya ilə iç-içə yaşamışıq, ərazi qonşusuyuq və bu qonşu ölkədə zəruri səbəblərdən intellektual, siyasi, ticari potensiala malik insanlarımız çalışır.
Bütün bunlar bir yana. Belə adamlar dərk etmirlər ki, bu cür təhqiramiz ifadələrlə aşağılanan soydaşlarımıza yaşadıqları yerdə də münasibət pisə doğru dəyişir. Özümüz belə deyiriksə, başqası bizə nə deyəcək?
Belə adamlar öz ayamasını, öz ləqəbini özü qazanır. Ta tanıdığı adamlara ucdantutma ləqəb qoyan Kollu Koxaya (Yazıçı İsa Hüseynovun eyniadlı povestinin qəhrəmanı) ehtiyac qalmır. Ən maraqlısı da budur ki, Rusiyada yaşayan adamları təhqir edən adamın ləqəbi də rusca alınır: “Atxod”-deyə, o, daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Əliyev Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim etdi – FOTOLAR – YENİLƏNİB

Read Next

Prezidentlə xanım “Bakı Ağ Şəhər”də də oldu – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir