Yeddi günlük bayram tətili başladı-BUGÜNDƏN

Azərbaycanda yeddi günlük bayram tətili başlayıb.

Etikxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – dekabrın 31-i, Yeni il bayramı – 1 və 2 yanvar qeyri-iş günüdür.

Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir.

Beləliklə, bir həftə ardıcıl – 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri olacaq.

Etikxeber.az

Read Previous

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 1 il ərzində 180 gündən 90 günə endirildi-QƏRAR

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir