Həm Ucarlı, həm də Sumqayıtlı-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏBUHİ HƏSƏNQULİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR DÜZƏNLƏNDİ, KÖVRƏK, TƏSİRLİ ANLAR YAŞANDI… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün həm Sumqayıtın, həm də Ucarın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səbuhi Əlixan oğlu Həsənquliyevin xatirəsinə həsr olunmuş tədbir düzənlənib.

Tədbir Sumqayıt şəhərində, dördüncü mikrorayonda yerləşən Tarix Muzeyində baş tutub.

Tədbirdə Şəhidin ailə üzvləri, yaxınları, Sumqayıtlı Şəhid ailələri, Qazilər, hərbçilər, yerli ziyalılar, media mənsubları və digər şəxslər iştirak ediblər.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Eyni zamanda, Şəhidə həsr olunmuş videoçarx, anası Maisə xanımın səsində kompozisiya-tamaşa nümayiş etdirilib.

Bu zaman çox kövrək, çox təsirli anlar yaşanıb.

Anası Maisə xanım da daxil olmaqla, Şəhid anaları, tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Sonra çıxışlar olunub.

Çıxışlarda Şəhidin keçdiyi qısa, lakin şərəfli 18 illik həyat və döyüş yolundan, İgidlik və Qəhrəmanlığından, Vətənə naminə fədakarlıqlarından bəhs olunub.

Bununla yanaşı, tədbirdə Şəhidlərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

Şəhidin anası, şair, yüzlərlə Şəhidə həsr olunmuş şeir və mahnıların müəllifi olan Maisə xanım da çıxışında övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu dilə gətirib, eyni zamanda, tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını ifadə edib.

O, tədbirin sonunda göz yaşları içində övladına həsr etdiyi şeiri səsləndirib.

Etikxeber.az ki, Səbuhi Həsənquliyev 11 aprel 2002-ci il tarixində Ucar rayonunun Boyat kəndində dünyaya gəlib.

Ailənin iki oğlan övladından, iki qardaşdan biri olub.

2008-ci ildə Sumqayıt şəhər Cəbrayıl rayonu 5N-li məktəbində birinci sinifə gedib.

2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək Peşə liseyinə daxil olub.

2020-ci ildə Peşə liseyini bitirdikdən sonra həmin ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun Əsgəri kimi ilk gündən döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.

Və Şuşa uğrunda ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi noyabr ayının 12-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla və ordenlə təltif olunub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

14:30

***

FOTOLAR:

16:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik…Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik…”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

SPECA-nın Zirvə görüşünün-BAKI BƏYANNAMƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir