Yeddi sərbəst güləşçimiz beynəlxalq reytinq cədvəlində ilk onluqda qərarlaşdı

Dünya Güləş Birliyi (DGB) ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Etikxeber.az-a bildiriblər ki, sərbəst güləşçilərimizdən 15-i DGB-nin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcəsində ilk onluğa daxil ola bilib.

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıblar. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında 3-cüdür.

Qeyri-Olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub. Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub.

Etikxeber.az

Read Previous

İzmirdə partlayış törədilib, iki terrorçu zərərsizləşdirilib, biri axtarılır…

Read Next

Bakının üç rayonunda müəllim və valideynlərin müraciətlərinə baxılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir