“Yenə də fürsətcilllərə imkan verilmədi…”- ELDƏNİZ SƏLİMOV – RƏYLƏR

Jalə ƏLİYEVA: Nə qədər çalışsalar da, nə qədər cəhd etsələr də, nə qədər fitnə-fəsad törətmək niyyətinə düşsələr də, heç bir güc, heç bir qüvvə Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun pozulması ilə bağlı öz məkrli məqsədlərinə nail ola bilməyiblər. Əksinə, bu cəhdlər, bu addımlar bizləri bir-birimizə daha da sıx tellərlə bağlayıb, kənədləşdirib,  bizləri daha ayrılmaz, daha güclü edib

Türkiyə vətəndaşları ilə bağlı vizanın aradan qaldırılması qərarı hər birimizin, bütün Azərbaycan xalqının ürəyindən olan və ürəyindən xəbər verən bir qərardır. Bu, çoxdan arzuolunan, həm də gözlənilən qərar idi. Çünki Azərbaycan, dövlət rəhbəri cənab İlham Əliyev hər zaman öz addımlarında, öz niyyətlərində səmimidir, verdiyi sözün, vədin sonunacan arxasındadır. Nə gec, nə də vaxtından əvvəl tələsik qərar verir, hər bir qərar ölcülüb, biçilir, zamanında və məqamında verilir. Bu qərar da məhz zamanında, məqamında, yerində olan bir qərardır.

Bunu Etikxeber.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun üzvü Jalə Əliyeva deyib.

O, qeyd edib ki, Türkiyə bizim üçün heç də adi, sıradan bir dövlət deyil.

nato-ilya-erdo

jalllaaa

sktr-1

Onun sözlərinə görə, Türkiyə bizim ən yaxın dost və qardaş ölkəmizdir, biz onlara ikinci vətən, onlar da bizə ikinci vətən kimi baxır.

“Bizim sevincmiz də, uğurlarımız da, dərdlərimiz də, problemlərimiz də, kədərimiz də eynidir. Onların sevinci bizim sevincimiz, bizim sevincimiz onların sevincidir, onların kədəri bizim kədərimiz, bizim kədərimiz onların kədəridir. Ulu öndərimizin illər öncə söylədiyi kimi, “Bir millət-iki dövlət”ik. 

Bu, hər zaman, tarixən belə olub, bu gün də belədir, xüsusilə, ikinci müstəqillik dönəmimizdə, son 28 ildə bizlər hər zaman eyni ortaq mövqedən çıxış etmişik, bütün kürsülərdən, tribunlardan bir-birimizə açıq dəstəyimizi ifadə etmişik, təkcə sözlərlə deyil, əməli addımlarla dostluğumuzu, qardaşlığımızı, müttəfiqliyimizi, birliyimizi, ayrılmazlığımızı dünyaya nümayiş etdirmişik, qoşa qanad kimi addımlamışıq.

Nə qədər çalışsalar da, nə qədər cəhd etsələr də, nə qədər fitnə-fəsad törətmək niyyətinə düşsələr də, heç bir güc, heç bir qüvvə Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun pozulması ilə bağlı öz məkrli məqsədlərinə nail ola bilməyiblər. Əksinə, bu cəhdlər, bu addımlar bizləri bir-birimizə daha da sıx tellərlə bağlayıb, kənədləşdirib,  bizləri daha ayrılmaz, daha güclü edib. Onlar anlamayıblar, dərk etməyiblər ki, kökü, ruhu, qanı, varlığı, mədəniyyəti və mənəviyyatı eyni olanları heç nə ilə ayırmaq, ayrı-ayrı səmtlərə yönəltmək olmaz və mümkün deyil. Çünki ortada ruh, qan, gen birliyi var…

Bu baxımdan hesab edirəm ki, bu addım iki qardaş və dost ölkə arasında münasibətlərin, əlaqələrin inkişafına daha da müsbət təsiri göstərəcək, bundan qazanan da  yalnız və yalnız dövlətlərimiz, insanlarımız olacaq. Bir daha bu tarixi qərar münasibətilə hər kəsi ürəkdən təbrik edirəm, onu alqışlayır və təqdir edirəm. Bu qərar ən böyük alqışa və ən yüksək təqdirə layiqdir. Var olun, cənab prezident!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, ölkə prezidentinin verdiyi qərar tarixi qərar, həm də tarixi hadisədir:

“Bir çoxları illərdir ki, bu məsələ ətrafında spekulyasiyalar edir, Azərrbaycan dövlətinə, ölkə rəhbərliyinə qarşı haqsız və ədalətsiz mövqe sərgiləyirdilər. Bu məsələdən öz cılız və dar məqsədləri üçün istifadə edib, onu başqa səmtlərə yönəltmək istəyir, “bulanıq suda balıq tutmaq” sevdasına düşürdülər. Amma həyat, zaman, gerçəklik və reallıq kimin kimin olduğu tez bir zamanda ortaya qoyur, kimin səmimi, kimin qeyri-səmimi olduğunu göstərir. Bu dəfə də məhz belə oldu, Azərbaycan dövləti, ölkə rəhbəri bir daha əməli ilə sözünün vəhdətlik təşkil etdiyini, hər bir addımında səmimi olduğunu, həmçinin, fürsətcillərə, marıqda yatanlara imkan vermək niyyətində olmadığını və olmayacağını nümayiş etdirdi.

Nümayiş etdirdi, sübut etdi ki, Azərbaycan dövləti öz milli və dövlətçilik maraqlarına, qardaş və dost ölkə ilə əməkdaşlığına, tərəfdaşlığına sadiqdir. Heç kim onu öz yolundan, öz addımlarından geri döndərə, yayındıra, öz niyyətlərindən əl çəkdirə bilməz. Odur ki, bütün vətəndaşlarımız, xalqımız kimi mən də bu qərarı alışlayır, ürəkdən dəstəkləyir və “xeyirli, uğurlu olsun”, deyirəm”-deyə, E. Səlimov sonda bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

VİZADA NÖVBƏDƏ İRANDIR? – Politoloqun baxışı

Read Next

VİZASIZ REJİMİN İQTİSADİ FAYDALARI – Baxış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir