Yenə də ikinci olan Zahid Oruc…-KAMİL HƏMZƏOĞLU YAZDI

Kimin necə yanaşmasından, necə qəbul etməsindən, necə dəyərləndirməsindən asılı olmayaraq, 7 fevral-növbədənkənar prezident seçkiləri arxada qaldı…

Üstündən heç bir sutka keçməsə də, bu seçkilər tarix oldu, tarixə çevrildi…

Az müddətdən sonra cəmiyyət, siyasət yeni seçkilərə hədəflənəcək və hədəflənməlidir…

Başqa yol yoxdur, küsmək, incimək…yeri və məqamı deyil…

Çünki qarşıdan hələ də bizdə lazımi dəyərini almayan növbəti bələdiyyə seçkiləri və daha önəmli sayılan 7-ci çağırış parlament seçkiləri gəlir…

Bəli, yazılarımdan, dəyərləndirmələrimdən birində də qeyd etdiyim kimi, kaş digər çəkili, tanınmış siyasi qüvvələr, digər siyasi liderlər də 7 fevral seçkilərinə qatılaydılar…

Amma indi bunun da bir önəmi yoxdur, artıq hər şey keçmiş zamanda qaldı…

Seçkilərin ilkin-elə həlledici nəticələri, qalibi də, məğlubu da məlumdur…

Seçkilərin qalibi yenə dövlət başçısı cənab İlham Əliyevdir…

Bu da istisnasız-gözlənilən idi!

Və seçkilərin ikincisi yenə uzun illərin təcrübəli siyasətçisi, millət vəkili, parlamentin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucdur…

Düzdür, 2018-ci il seçkiləri ilə müqayisədə səs faizi bir az geriləyib, amma yenə də ikinciliyini qoruyub-saxlaya bilib…

Prezident seçkilərində, nüfuzlu-nüfuzsuz…namizədlər arasında ikinci olmaq önəmlidir, iddialı siyasətçi üçün önəmli üstünlükləri, perspektivləri var…

Bunu siyasətdə olan, siyasətdən anlayan hər kəs də yaxşı bilir…

Bəli, ikincilik Zahid Orucun haqqı idi, tam səmimi şəkildə deyirəm…

Və Haqq etdiyini də aldı, qazandı…

Bundan sonra nə olacaq, necə olacaq, onu zaman özü göstərəcək…

Amma əsas odur ki, müsbətləri və mənfiləri, yanlışları və doğruları ilə Zahid Oruc siyasətdə, siyasət meydanında var və hələ uzun illər olacaq, qalacaq…

Və siyasi karyerasında enişə yox, yuxarıya doğru addımlayacaq…

Aramla, asta-atsa!

Uğurlar olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Putin Əliyevə zəng vurdu-TƏBRİK ETDİ

Read Next

“Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənası var”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir