“Yenə ucuz xarakterli, bir qədər populist elementləri görürük…”-HİKMƏT HACIYEVDƏN TƏNQİDLƏRƏ CAVAB

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın neft ölkəsi olaraq COP29-a ev sahibliyi etməsini tənqid edənlərə cavab verib.

Etikxeber.az-ın xəbərinə görə, Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, indiyə kimi 28 COP keçirilib.

O, “Burada İsveçrə xaric olmaqla demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqlarını istehsal edən ölkələr olub. Ümumiyyətlə qazıntı yanacaqları ilə əlaqədar əgər bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, Konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər. Burada biz yenə ucuz xarakterli, bir qədər populist elementləri görürük. Qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir, Real dünyanın tələbatları var. Təbii ki, iqlim dəyişikliyinə mənfi təsir göstərməsi faktdır. Bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz, mahiyyət daşımayan müzakirələrlə. Bizdən əvvəl Avropa ölkələri bu konfransa ev sahibliyi edib. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır və sairə”-deyə, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Anası ilə eyni gündə dünyaya gələn tək və subay övlad Rəşad Ələkbərovla Şəhidliyindən aylar öncə tək qardaşını itirən Xüsusi Təyinatlı Nofəl Behbudovun Anım günləri-“ƏFSANƏVİ TABOR”UN SON ŞƏHİDİ, ÜÇ HƏRBÇİ QARDAŞDAN BİRİ YUSİF QURBANOVUN İSƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR

Read Next

“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçiriləcək-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir