Yeni 33 yoluxma-QEYDƏ ALINDI…

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb.

Etikxeber.az

Read Previous

Vergi Məcəlləsinə növbəti dəyişikliklər-MÜZAKİRƏYƏ ÇIXARILDI VƏ PLENAR İCLASA TÖVSİYƏ OLUNDU – YENİLƏNİB – (1)

Read Next

Parlamentlərarası İttifaq: VALEH ƏLƏSGƏROVU ADİL ƏLİYEV ƏVƏZLƏDİ, ZAHİD ORUC, ELNUR ALLAHVERDİYEV, TURAL GƏNCƏLİYEV, NAQİF HƏMZƏYEV VƏ MƏZAHİR ƏFƏNDİYEV NÜMAYƏNDƏ HEYƏTİNİN YENİ ÜZVLƏRİ SEÇİLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir