Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Energous” və “Dialog Semiconductor” şirkətləri gələcək “iPhone 8” smartfonunda tətbiq ediləcək radiotezlik ötürücüsü funksiyasına malik “DA4100” çipini təqdim ediblər. Mikrosxem “WattUp” texnologiyasından istifadə edən məsafəli simsiz enerji doldurma sistemləri üçün nəzərdə tutulub.
Etikxeber.az “Macdigger” resursuna istinadən xəbər verir ki, “WattUp” texnologiyası enerjinin radiodalğalar vasitəsilə ötürülməsindən istifadə edərək “Wi-Fi” rabitəsinin işlədiyi eyni tezlik diapazonlarını tətbiq edir.
Məlumata görə, “Apple” şirkəti məsafəli simsiz enerji doldurma imkanının “iPhone 8” smartfonunda tətbiqini planlaşdırır. Onun vasitəsilə smartfonu 5 metrədək radiusda enerji ilə doldurmaq mümkün olacaq.
Digər məlumata görə, ABŞ istehsalçısı gələcək qurğular üçün simsiz enerji doldurma texnologiyası üzərində çalışır.
Etikxeber.az