Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq.
Etikxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.
İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlətimizin başçısı qeyd edib:
“Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub”.
***
Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
Bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.
***
Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz.
Bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.
“Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”, – deyə dövlətimizin başçısı vurğulayıb.
***
Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq.
Bu barədə Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində qeyd edib.
Planın azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərdə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb.
Etikxeber.az





