Yeni həbs dalğası – Türkiyədə

Türkiyənin 5 əyalətində – Antalya, İstanbul, Ankara, Adıyaman və Manisada növbəti dəfə “ByLock” əməliyyatı keçirilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli yazışma proqramı olan “ByLock”dan istifadə edən 18 yüksək rütbəli hərbi qulluqçu nəzarətə götürülüb.

Nəzarətə götürülən hərbi qulluqçuların yaşadıqları ünvanlarda polislər tərəfindən axtarış aparılıb. Axtarış zamanı polislər Fətullahçı Terror Təşkilatına aid xeyli sayda sənəd, diqital, bilgisayar, ünsiyyət və informasiya vəsaitləri ələ keçiriblər.

Tibbi müayinədən keçən şübhəlilər daha sonra ifadələrinin alınması üçün Antalya Polis İdarəsinə aparılıblar.

Etikxeber.az

Read Previous

“Brent” markalı neftin qiyməti 1,33 dollar artıb

Read Next

Kürdəmir sakinindən sənədləri olmayan ov tüfəngi götürüldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir