Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.
Etikxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq.
Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.
Həmçinin, 2021-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar – Yeni il bayramı qeyri-iş günüdür.
2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 4-ü də qeyri-iş günü olacaq.
Etikxeber.az