Yeni komanda məntəqəsi istifadəyə verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissəyə gəlib.

Etikxeber.az Azərbaycan Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, nazirliyinin rəhbərliyi yeni təmir edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, transformator yarımstansiyası, rabitə qovşağı, sıra meydanı və digər obyektlərə baxış keçirib, hərbi qulluqçuların sosial-məişət və xidməti şəraiti, həmçinin döyüş fəaliyyəti ilə maraqlanıb.

Müdafiə naziri ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilərək yeni istifadəyə verilən Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin açılışında iştirak edib.

Birləşmiş Komanda Məntəqəsinin fəaliyyəti barədə brifinqin təqdimatından sonra Hərbi Hava Qüvvələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi ssenarisi üzrə təlim tapşırıqları icra olunub.

General-polkovnik Z.Həsənova məruzə olunub ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə Hərbi Hava Qüvvələrinin döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir.

Yaradılan şəraitlə tanış olan Müdafiə naziri gündəlik xidmətin və döyüş növbətçiliyinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Etikxeber.az

Read Previous

Buş: “Hörmətli Özal, Qərbi İraq və Kərkükə girin…” – 25 il öncənin sirri… Fotolar

Read Next

Xəzər dənizində 4 bal gücündə zəlzələ baş verib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir