Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sahib Alıyev: Belələrinə məhkəmə və hüquq sistemində yer olmamalıdır
Ölkə prezidentinin son bir ildə gördüyü işləri bir cümləylə dəyərləndirməli olsaq, deməliyik ki, onun hazırda əsas səyləri yeni cəmiyyət quruculuğuna yönəldilib. Bu, çox çətin və bir sıra hallarda daşlaşmış, amma zərərli ənənlərin qırılması, az qala normaya çevrilən neqativlərin aradan qaldırılması prosesidir. Dünyada əfsanə dövlət adamlarından biri sayılan Şarl De Qollun bir fikri var, o, deyirdi ki, Fransa dövlətini qurduq qurtardıq, indi də fransa xalqını qurmağın vaxtıdır. Fikrimcə, cənab İlham Əliyev hazırda əslində bunu edir, dövrün tələblərinə cavab verən, xanlıqlar zamanında olduğu kimi, keçmişdə buraxdığı səhvləri bir daha buraxmayacaq, parlaq gələcəyi olan bir xalqın quruculuğu prosesini başladıb.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Millət vəkili qeyd edib ki, bu, dövlət quruculuğu prosesindən də çətin prosesdir.
Onun sözlərinə görə, indikindən daha təkmil, daha yetkin, daha mütəhərrik, daha savadlı, daha şəffaf , ədalətli və halal cəmiyyət qurmadan 21-ci əsrdə dövlətimizin qarşısındakı hədəflərdən çoxuna çatmaq mümkün deyil, çatılsa belə, onun dayanıqlılığı sual altında olacaq.
“Ona gördə də ağlı, düşüncəsi, savadı, vətənpərvərliyi olan hər kəs indiki quruculuq prosesində dölətimizin başçısına əlindən gələn dəstəyi əsirgəməməli, ona dirəniş göstərməyə qalxanlara doğması sayılsa belə, yanaşması torpaqlarımızı işğal altında saxlayanlara yanaşmasından fərqlənməməlidir.
Bilirəm pafoslu səslənir, amma necə səslənməsinən asılı olmayaraq, bu, həqiqətdir. Həqiqətdir ki, yeni cəmiyyət quruculuğu prosesi cənab prezidentin dəmir iradəsi və qətiyyəti olmadan mümkünsüz göründüyü kimi, onun öz məqsədinə tez çatması üçün də bizim hamımızın dəstəyi önəmlidir. Məhkəmə-hüquq islahatlarına gəldikdə, bu iki istiqamətdə realaşdırılır. Bir tərəfdən dövlətdə cəza siyasətinin humanistləşməsi yönündə önəmli addımlar atılır digər tərəfdən isə məhkəmələrin işinin yüngülləşdirilməsi, süründürməçilik yaradan obyektiv və subyektiv səbəblərin ləğvi, orada ixtisaslaşmanın genişlənməsi və ən əsası isə şəffaflığın təmin edilməsi üçün çox mühüm dəyişikliklər edilir.
Sadə dildə desək, yəqin çoxlarımız yeni tikilən məhkəmə binlarını görəndə fikirləşirdik ki, yaxşı, bəs oradakı mühit nə vaxt yenilənəcək?! İndi başladılan islahatlar bax bunun üçündür. Təfərrüatlara varmaq istəmirəm, sadəcə, onu deyim ki, hakim Azərbaycan dövləti adından hökm verir.
Azərbaycan dövlətinin adından verilən hökm isə qanuna əsaslanmalı və ədalətli olmalıdır. Hakim bunun nə demək olduğunu anlamırsa və yaxud da anlaya-anlya ədalətsizlik, qanunsuzluq, haqsızlıq edirsə, o bununla özü olsa nə vardı, adından hökm verdiyi dövlətini gözdən salır. Belələrinə məhkəmə və hüquq sistemində yer olmamalıdır, yəqin olmayacaq da”-deyə, S. Alıyev sözlərinə əlavə edib.
Etikxeber.az