“Yeni nəfəs – 2” adlı qısametrajlı ssenari müsabiqəsinin vaxtı uzadıldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə elan etdiyi “Yeni nəfəs – 2” adlı qısametrajlı ssenari müsabiqəsinin vaxtını uzadıb.

İttifaqdan Etikxeber.az-a bildirilib ki, müsabiqəyə qeydiyyat sentyabrın 31-dək davam edəcək.

Yaşı 35-dək olan hər bir şəxs 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda bədii, sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə, üç nüsxədə çap və elektron variantda müsabiqəyə təqdim edə bilər.

Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq.

Qeyd edək ki, müsabiqənin nəticəsi oktyabrda elan olunacaq.

Etikxeber.az

Read Previous

Eldar Ibrahimov: “Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması…”

Read Next

Xarici işlər naziri: “Status-kvo Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi qəbuledilməzdir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir