Yeni Ombudsman kim olacaq: NOVRUZOVUN XANIMI YOXSA ABİYEVA?

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlər irəli sürülüb.

Etikxeber.az-ın məlumatına görə, sabah – noyabrın 22-də parlamentin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

İclasda Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.

Parlamentdən verilən məlumata görə, namizədlər Prezident İlham Əliyev tərəfindən  irəli sürülüb.

Bunlar 3 nəfərdir: Bakı Apellyasiya Məhkəməsinin hakimi (sədr müavini)  Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva.

Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru S. Əliyeva sabiq vitse-spiker və eks səfir Yaşar Əliyevin qızı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.

Odur ki, Ombudsman vəzifəsinə S. Əliyeva ilə K. Abiyevanın daha çox şanslı olduğu bildirilir.

Məsələ İnsan hüquqları komitəsində müzakirə olunduqdan sonra  parlamebtin plenar iclasına çıxarılacaq.

Xatırladaq ki, hazırkı Ombudsman Elmira Süleymanovadır.

82 yaşlı E. Süleymanovanın Ombudsmanlıq müddəti 2 il öncə başa çatıb.

Etikxeber.az

Read Previous

Prezidentdən Sumqayıtla bağlı – İKİ SƏRƏNCAM – YENİLƏNİB

Read Next

Deputata orden, idarə rəisinə 3-cü dərəcəli müşavir, rəis müavininə general rütbəsi verildi – SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir