“Yeni Ombudsmanın Səbinə Əliyeva olacağı artıq dəqiqləşib…” – DEPUTAT

Azərbaycanın yeni-ikinci Ombudsmanının Səbinə Yaşar qızı Əliyeva olacağı dəqiqləşib. O, bu vəzifədə ilk Ombudsman Elmira Süleymanovanı əvəzləyəcək.

Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən  millət vəkili deyib.

Onun dediyinə görə, növbəti 10 gün ərzində parlamentin 3 iclası olacaq və bu iclaslar noyabr ayın 25-i, 29-u və dekabrın 3-də baş tutacaq.

“Bu üç iclasdan birində Ombudsmanla bağlı məsələyə baxılacaq və 3 namizədin içindən Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçiləcək. Artıq bu məsələ dəqiqləşib. İstisna deyil ki, bu məsələ sabahkı-ayın 25-dəki iclasın gündəliyinə əlavə məsələ kimi salınsın və yeni Ombudsmanla qərar verilsin”-deyə, adının çəkilməsini istəməyən deputat bildirib.

Qeyd edək ki,S. Əliyeva tanınmış ailənin qızıdır.

O, sabiq vitse-spiker və eks səfir Yaşar Əliyevin qızıdır.

Eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının (YAP) nüfuzlu simalarından olan İcra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzovun xanımıdır.

S. Əliyeva Hüquq üzrə fəlsəfə doktorudur.

Etikxeber.az

Read Previous

Büdcə zərfi ilə bağlı müzakirələr yekunlaşdırılacaq – GƏLƏN HƏFTƏ SƏNƏD TAM QƏBUL OLUNACAQ

Read Next

Mehriban Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir