Yeni pul vahidi dövriyyəyə buraxılacaq

Britaniyanın xaricdəki ərazilərində və Taxt-tac ərazilərində ilk dəfə olaraq yeni pul vahidi – 1 paund dövriyyəyə buraxılacaq.

Etikxeber.az xəbər verir ki, yeni pul vahidinin üzərində nanə bitkisinin təsviri olacaq.

2017-ci ildə dövriyyəyə buraxılan pul vahidi dünyanın ən təhlükəsiz sikkəsi kimi təqdim edilmişdi və üzərində Şimali İrlandiyaya məxsus dovşan kələmi, Şotland qanqalı və İngilis rozası təsvir edilmişdi.

Xəzinədarlıq İdarəsinin yaydığı açıqlamaya görə, yeni pul vahidinin dövriyyəyə buraxılmasının məqsədi Böyük Britaniya və onun əraziləri arasındakı sıx əlaqələri göstərməkdir.

Etikxeber.az

Read Previous

Reus “ən yaxşı futbolçu” seçildi…

Read Next

Stavropolda mikroavtobus qəzası nəticəsində 8 azərbaycanlı yaralandı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir