“Yeni tərkibli parlament islahatlarda daha fəal və yaxından iştirak edəcək” – MƏLAHƏT İBRAHİMQIZI

Bu gün Konstitutsiya Məhkəməsi 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiq etdi. Bütün seçicilərimizə, xüsusən də, YAP-nın hər bir üzvünə təşəkkür edirəm. Allah xalqımız və dövlətimiz üçün xeyirli və uğurlu etsin. Yeni və yenidən seçilən bütün həmkarlarımızı da təbrik edirəm.

Etikxeber.az xəbər verir ki, bunu 5-ci dəfə millət vəkili olan Məlahət İbrahimqızı deyib.

“6-cı çağırış Milli Məclis möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən daxili və xarici siyasətin, eləcə də, son illərdə aparılan islahatlarda daha fəal və yaxından iştirak edəcək. Respublikamızın 1-ci vitse Prezidenti möhtərəm Mehriban xanım Əliyevanın fəaliyyəti parlamentdə 21 nəfərdən ibarət qadın millət vəkilləri üçün bir örnək olacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Minlərlə insanımızı narahat edən problem aradan qaldırıldı…” – QƏNİRƏ PAŞAYEVA

Read Next

PUTİN ƏRDOĞANLA ANLAŞDI(MI?) – Politoloqun baxışı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir