Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Sahibkarların əksəriyyəti Vergilər Nazirliyindən və tətbiq olunan ədalətsiz vergi siyasətindən şikayətçidir. Sahibkarları əməlli-başlı soyurlar, işə başlamamış vergi toplayır, gələn ilin vergisini də tələb edirlər. Hələ ötən həftə tanıdığım sahibkarın başına hansı oyunun açıldığını yazmışdım. 100 nəfər işçisi olan sahibkar xaricdən aldığı dəzgahları ölkəyə gətirə bilmir ki, onun vergisini də indidən tələb edirlər”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Deyir ki, bütün qanuni vergiləri ödəyir, yenə də ondan əl çəkmirlər. İddia etmirəm ki, təhsil naziri Mikail Cabbarov təhsilimizdə inqilabi dəyişiklər etdi, ancaq işə həvəslə başladı, rüşvətin miqyasını azaltmağa çalışdı, məktəb direktorlarını da kütləvi dəyişməyə çalışırdı ki, köhnə qvardiya bu prosesə mane oldu”-deyən politoloq bildirib ki, yeni təyinat köhnə qvardiyanın mövqelərini zəiflətməyə hesablanıb.
“Köhnə qvardiyanın oturuşmuş fiqurları nə Ziya Məmmədov , nə də Eldar Mahmudovdan artıqdırlar. Sistemdə radikal dəyişikliklərə ehtiyac var”-deyə, o, sonra qeyd edib.
Etikxeber.az





