Yeni təyinatlar-kimlər ola bilər?

Sahibini gözləyən postlar: Gözlənilən və gözlənilməz namizədlər-simalar

Xəbər verildiyi kimi,  Azərbaycan prezidenti İlham Əliyev dünən Nazirlər Kabinetinin-hökumətin yeni tərkibi ilə bağlı sərəncam imzalayıb.

Amma prezidentin  imzaladığı sərəncamla təsdiqlənən yeni hökumətin tərkibində bəzi vəzifələrə təyinat olmayıb.

Etikxeber.az-ın məlumatına görə, aşağıda siyahısı verilən dövlət qurumlarına hələlik rəhbər təyin olunmayıb:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (nazir vəzifəsini Hüseyn Bağırov tutub)

Gənclər və idman Nazirliyi (nazir vəzifəsini Azad Rəhimov tutub)

Mədəniyyət Nazirliyi (nazir vəzifəsini Əbülfəs Qarayev tutub)

Dövlət Turizm Agentliyi-iki göncə yaradılıb

Müdafiə Sənayesi Nazirliyi (nazir vəzifəsini Yavər Camalov tutub)

Səhiyyə Nazirliyi (nazir vəzifəsini Oqtay Şirəliyev tutub)

Təhsil Nazirliyi-4 aydan çoxdur ki,  nazir yeri boşdur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Hicran Hüseynova tutub)

Diasporla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Nazim İbrahimovtutub)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Mübariz Qurbanlı tutub)

Dövlət Gömrük Komitəsi (sədr vəzifəsini Aydın Əliyev tutub)

Dövlət Statistika Komitəsi (sədr vəzifəsini Tahir Budaqov tutub)

Əmlak Məsələləri Dövlət Komitəsi (sədr vəzifəsini Kərəm Həsənovtutub)

Dövlət Miqrasiya Xidməti (rəis vəzifəsini Firudin Nəbiyev tutub)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (rəis vəzifəsini Arzu Rəhimov tutub)

Qida Təhlükəsizliyi Agentliyi (sədr vəzifəsini Qoşqar Təhməzli tutub)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

Əqli Mülkiyyət Agentliyi-yeni yaradılıb

Milli Arxiv İdarəsi (rəis vəzifəsini Ataxan Paşayev tutub).

Bəs görəsən, həmin şəxslərə yenidən etimad göstəriləcəkmi, yoxsa, onlar da bəzi həmkarları kimi, vəzifələrindən uzaqlaşdırlacaqlarmı, onların yerinə başqa təyinatlar olacaqmı?

Qeyd edək ki, sərəncamın mürəkkəbi quruyar-qurumaz mediada və sosial şəbəkələrdə artıq geniş müzakirələr açılıb və çeşidli, birmənalı olmayan fikirlər səslənməkdədir.

Böyük əksəriyyət həmin şəxslərin artıq vəzifələrinə yenidən təyinat almayacaqlarını, onların yeniləri ilə əvəzlənəcəklərini dilə gətirirlər.

Hətta, konkret isimlər də çəkilməkdə, dartışılmaqdadır.

Məsələn, çoxları gənclər və idman naziri Azad Rəhimovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılaraq, baş nazirin müavini təyin edilən Hacıbala Abutalıbovun yerinə təyin olunacağını, sabiq nazirin yerinə isə millət vəkili, Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradovun təyinat alacağı söylənilir. Qeyd olunur ki, 2015-ci ildə F. Muradovun MM-in komitə sədri seçilməsi necə gözlənilməz olmuşdusa, nazir vəzifəsinə təynatı o cür baş verə bilər…Bununla yanaşı, gənclər və idman naziri postuna sabiq millət vəkili, bir zaman sözügedən nazirlikdə yüksək vəzifədə çalışmış Əkrəm Abdullayevin də təyin ediləcəyi yönündə fikirlər yer almaqdadır…

Hər zaman iddiasızlığı ilə seçilən, heç bir qruplaşmada adı hallanmayan və Mircəfər Bağırovun nəslindən olan  Hüseyn(qulu) Bağırovun  ekol0giya və təbii sərvətlər nazir postuna yenidən təyinatı ilə bağlı konkret fikirlər yoxdur. Bir çoxları onun nazir olmayacağını, çox az bir qisim isə yenidən etimad göstəriləcəyini qeyd edirlər…Onun yerinə kimin təyin olunacağı ilə bağlı da dəqiq ad-isim çəkən yoxdur…Amma millət vəkillərindən birinin onun yerinə gətirilməsi mümkün variantlradandır…

Yenə də adı heç bir qruplaşmada keçməyən və ziyalı-ünlü, korifey sənətkar Qara Qarayevin nəslindən olan və nazirliyi cəmi iki gün öncə ikiyə bölünən Əbülfəs Qarayevin gözlənilməz bir hadisə baş verməyəcəyi təqdirdə, yenidən nazir təyin ediləcəyi söylənilir. Bununla yanaşı, mədəniyyət naziri postuna bir sıra ünlü və tanınmış şəxslərin isimləri də çəkilir. Bunlar akademik, MM-in mədəniyyət komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü və sözügedən qurumun məruzəçisi Rafael Hüseynov, o cümlədən, adıçəkilən nümayəndə heyətinin üzvü, müstəqil millət vəkili Qənirə Paşayevadır…Onların bu posta ən layiqli və ən real namizədlərdən olduğu söylənilir…

rahimov-azad

fuad

zahid-bay-2

secki-rafael

qanira-secki-1

Yeni yaradılan Dövlət Turizm Agentliyinə də adı hələlik kimsəyə məlum olmayan millət vəkillərindən  birinin təyinatı ehtimal edilir…

Səhiyyə naziri Oqtay Şirəliyevin yaşının çoxluğu və səhhətində problemlərin olması səbəbi ilə yenidən nazir olmayacağı daha çox ehtimal edilir, vurğulanır…Onun yerinə isə adları çəkilən şəxslər bunlardır: Akademik, MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, millət vəkili, tanınmış cərrah və adıçəkilən komitənin üzvü Rəşad Mahmudov…Başqa şəxsin də olması mümkündür…

Ötən ilin sonlarından kreslosu boş qalan təhsil naziri vəzifəsinə ən çox real namizəd kimi, birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) şöbə müdiri, akademik Yusif Məmmədəliyevin nəvəsi və yeni baş nazir Novruz Məmmədovla qohumluğu olan Yusif Məmmədəliyevin adı çəkilir…Bununla yanaşı, təhsil naziri ola biləcək şəxslər arasında akademik Nərgiz Paşayevanın, Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin, o cümlədən, Rafael Hüseynovun, Qənirə Paşayevanın, MM-in Elm və təhsil komitəsin sədr müavini, professor Bəxtiyar Əliyevin adları yer alır…

Müdafə sənayesi naziri Yavər Camalovun da yenidən bu vəzifəyə təyinat alıb-almayacağı bilinmir…Ancaq əksəriyyət onun yeni sima ilə əvəzlənə biləcəyini proqnoz edir…

Tanınmış ailənin, görkəmli dövlət xadimi Kamran Hüseynovun qızı olan Hicran Hüseynovanın  yenidən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilə biləcəyi də, təyin edilməyəcəyi də söylənilir…Onun başqa şəxslə əvəzlənə biləcəyi də ehtimal olunur…

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədr vəzifəsini isə birmənalı olaraq yenidən YAP icra katibinin müavini, ixtisasca tarixçi olan  Mübariz Qurbanlı təyin olunacağı, hətta, onun baş nazirin humanitar məsələlər üzrə sabiq müavini- yazıçı Elçinin yerinə təyinat ala biləcəyi bildirilir…

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun da millət vəkillərindən biri ilə əvəzlənəcəyi ehtimal olunur…

Dövlət Statistika Komitəsi sədri vəzifəsinə Tahir Budaqovun, Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə Firudin Nəbiyevin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə Arzu Rəhimovun, yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə Qoşqar Təhməzlinin yenidən təyin ediləcəkləri ehtimal edilir…

Yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinə isə kimlərin təyin ediləcəyi ilə bağlı demək olar ki, rəy, fikir bildirən yoxdur…

Milli Arxiv İdarəsinin rəisi vəzifəsini yenidən Ataxan Paşayevin icra edəcəyi söylənilir…

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əvəzlənəcəyi vurğulanır…Qeyd edək ki, S. Müslümov mərhum prezident Heydər Əliyevin dövründə bir müddət həmin komitənin sədr müavini vəzifəsində işləyib və bu baxımdan, onun həmin komitəyə sədr vəzifəsinə təyinat alacağı ehtimal edilir…

Adı bir çox qalmaqallarda hallanan Kərəm Həsənova gəlincə, onun yenidən Dövlət Əmlak Məsələləri Komitəsinə sədr təyin olunmacayı böyük ehtimalla söylənir…Kiminlə əvəzlənəcəyinə gəldikdə isə müxtəlif adlar çəkilməkdədir ki. çox da inandırıcı görünmür…

Bununla yanaşı, yeni təyinat ala biləcək şəxslər sırasında son prezident seçkilərinin ikincisi, müstəqil millət vəkili Zahid Orucun, MM-in Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynlinin, MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, politoloq Aydın Mirzəzadənin də  adları yer alır..

Ancaq bütün hallarda bu məsələdə söz və səlahiyyət sahibi ölkə prezidenti İlham Əliyevdir…

Son və yekun söz, qərar ona məxsusdur…

Çox güman ki, onun yeni təyinatlarını gözləmək də çox çəkməyəcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

Read Previous

Təmas xəttində ordumuzun aktiv hərəkəti barədə yayılan məlumatlar təxribatdır – MN

Read Next

15 CXP-li deputat Akşənərin partiyasına keçdi – “İYİ PARTİ” 20 DEPUTATA SAHİB OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir